Menyu

Azərbaycan paraatleti beynəlxaq Qran-Pridə gümüş medal qazandı

Operativ Media
Azərbaycan paraatleti beynəlxaq Qran-Pridə gümüş medal qazandı
1 dəq oxu

Paraatletimiz Elvin Astanov Tunis Beynəlxalq Qran-Prisində gümüş medal qazanıb.

Operativ Media xəbər verir ki, nüvə itələmə yarışında F53 kateqoriyasında mübarizə aparan paralimpiyaçımız 6.81 metr nəticə göstərərək fəxri kürsünün ikinci pilləsinə yüksəlib.

Qeyd edək ki, bundan əvvəl komandamızın digər üzvləri Ömər Bozbaxov (F57), Oloxan Musayev (F55) və Rüfət Rəfiyev (F36) öz kateqoriyalarında gümüş medal qazanıblar. Samir Nəbiyev (F57) isə bürünc medala yiyələnib.

Əlaqəli Xəbərlər