Menyu

Azərbaycanda PUA-ların dövriyyədə olmasına xüsusi icazə ilə yol veriləcək

Operativ Media
Azərbaycanda PUA-ların dövriyyədə olmasına xüsusi icazə ilə yol veriləcək
1 dəq oxu

Mülki təyinatlı avtonom pilotsuz uçuş aparatlarının dövriyyədə olmasına xüsusi icazə əsasında yol veriləcək.

Operativ Media xəbər verir ki, bununla bağlı Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

Əlaqəli Xəbərlər