Menyu

Azərbaycanda günəş elektrik stansiyası layihəsinin icra müddəti daha bir il uzadılıb

Operativ Media
Azərbaycanda günəş elektrik stansiyası layihəsinin icra müddəti daha bir il uzadılıb

Nazirlər Kabineti bərpa olunan enerji mənbələrinin ərazisində günəş elektrik stansiyasının tikintisinə icazə alınması müddətinin uzadılması haqqında qərar qəbul edib.

Operativ Media xəbər verir ki, qərarı Baş nazir Əli Əsədov imzalayıb.

Qərara əsasən, Nazirlər Kabinetinin "Neftçala rayonunun inzibati ərazisində dövlət və bələdiyyə mülkiyyətinəaid bəzi torpaq sahələrinin bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilməsi haqqında" 16 aprel 2024-cü il tarixli qərarı ilə Neftçala rayonunun Bankə qəsəbəsi ərazisində yerləşən bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilmiş torpaq sahəsində günəş elektrik stansiyasının (GES) tikintisinə icazə alınmasının müddəti "Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında" qanuna uyğun olaraq 1 il müddətinə uzadılıb.

Tikintiyə icazə verən orqan (qurum) tikintiyə icazə verildikdə həmin gündən, müəyyən edilmiş müddətdə tikintiyə icazə verilmədikdə isə müddət başa çatdığı gündən 3 gün müddətində bu barədə Nazirlər Kabinetinə məlumat verməlidir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər