Menyu

Almaniya səfirinin Azərbaycandakı diplomatik missiyası başa çatıb

Operativ Media
Almaniya səfirinin Azərbaycandakı diplomatik missiyası başa çatıb

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Almaniya Federativ Respublikasının Azərbaycan Respublikasındakı səfiri Ralf Horlemann ölkəmizdə diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.

Bu barədə Operativ Media-ya Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Görüş zamanı Azərbaycan ilə Almaniya arasında mövcud ikitərəfli münasibətlərin vəziyyəti və inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Siyasi dialoqun, iqtisadi-ticarət əlaqələrinin, enerji təhlükəsizliyi, yaşıl enerji, nəqliyyat-kommunikasiya, təhsil, səhiyyə və mədəni-humanitar sahələrdə əməkdaşlığın inkişafının əhəmiyyəti vurğulanıb.

Tərəflər Azərbaycan ilə Almaniya arasında yüksək səviyyəli qarşılıqlı səfərlərin və təmasların münasibətlərin inkişafına verdiyi töhfəni qeyd edərək, əməkdaşlığın daha da genişləndirilməsi üçün mövcud potensialı müzakirə ediblər. Bu çərçivədə Azərbaycan ilə Almaniya arasında biznes dairələri arasında əlaqələrin təşviqinin əhəmiyyəti diqqətə çatdırılıb.

Görüşdə həmçinin postmünaqişə dövründə bölgədə mövcud vəziyyət, Azərbaycan-Ermənistan normallaşma prosesi, habelə işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən bərpa və yenidənqurma işləri müzakirə olunub. 

Görüş zamanı Azərbaycanın ev sahibliyi etdiyi COP29 çərçivəsində əldə olunmuş nəticələrin iqlim gündəliyinin irəlilədilməsinə verdiyi töhfə qeyd olunub, yaşıl keçid və bərpa olunan enerji sahələrində əməkdaşlıq imkanları nəzərdən keçirilib.

Nazir Ceyhun Bayramov səfir Ralf Horlemanna gələcək fəaliyyətində uğurlar arzulayıb. Səfir Ralf Horlemann ölkəmizdə fəaliyyəti müddətində göstərilən dəstəyə görə minnətdarlığını ifadə edib.

Görüş zamanı qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Fotogalereya

Əlaqəli Xəbərlər