Menyu

Sosial və İqtisadi məsələlər üzrə Üçtərəfli Komissiya növbəti iclasını keçirib

Operativ Media
Sosial və İqtisadi məsələlər üzrə Üçtərəfli Komissiya növbəti iclasını keçirib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) təmsil olunduğu Sosial və İqtisadi məsələlər üzrə Üçtərəfli Komissiya növbəti iclasını keçirib.

Bu barədə Operativ Media-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) məlumat verilib.

Bildirilib ki, iclasda əmək və əhalinin sosial müdafiəsi naziri, Komissiyanın sədri Anar Əliyev, AHİK-in sədri Sahib Məmmədov və ASK-nın sədri Məmməd Musayev, habelə hər üç qurumdan əməkdaşlar iştirak ediblər.

Qeyd edək ki, Komissiyanın Əsasnaməsinin tələblərinə uyğun olaraq 2026-cı il üzrə Komissiyaya sədrlik ƏƏSMN-ə keçib.

Anar Əliyev iclası giriş sözü ilə açaraq Prezident İlham Əliyevin tapşırıqları əsasında son illər aparılan sosial islahatları, bu islahatlar çərçivəsində əmək qanunvericiliyinin təkmilləşdirilməsi sahəsində də yeni mühüm addımların atıldığını qeyd edib. O, yeni qanunvericilik layihələrinin, əmək, məşğulluq və sosial müdafiə sahəsi ilə bağlı təkliflərin, Beynəlxalq Əmək Təşkilatının (BƏT) Konvensiyalarının ratifikasiyası işlərinin sosial tərəfdaşlarla birgə səmərəli müzakirəsi baxımından Üçtərəfli Komissiyanın fəaliyyətinin önəmini vurğulayıb.

Sahib Məmmədov və Məmməd Musayev ötən dövrdə tərəflər arasında uğurlu sosial tərəfdaşlığın həyata keçirildiyini, Üçtərəfli Komissiya tərəfindən aparılan birgə müzakirələrin əhəmiyyətini vurğulayıblar. Bu iclasda da sosial-iqtisadi əhəmiyyət kəsb edən məsələlərin nəzərdən keçiriləcəyi bildirilib.

İclasda özünüməşğulluq fəaliyyətini həyata keçirən şəxslərlə bağlı təkliflər, BƏT-in Konvensiyalarına uyğun olaraq əmək qanunvericiliyində növbəti təkmilləşdirmələrin aparılması məsələləri müzakirə olunub.

Habelə onlayn platformalar üzərindən fəaliyyət göstərən şəxslərin hüquqi statusunun, əmək və sosial təminat hüquqlarının müəyyən edilməsi, Üçtərəfli Komissiyanın tərkibində BƏT-in “Sosial dialoq institutları üçün özünü qiymətləndirmə metodu”nun tətbiqi üzrə İşçi Qrupun yaradılması, bu metodun tətbiqi üzrə tədbirlər planının hazırlanması və s. ilə əlaqədar təkliflər də nəzərdən keçirilib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Fotogalereya

Əlaqəli Xəbərlər