Yeni 149E nömrəli ekspres marşrutu fəaliyyətə başlayır
Operativ Media
1 dəq oxu
Qaradağ rayonunun Sahil qəsəbəsi – “Sahil” metrostansiyası istiqamətində sərnişin tələbatının ödənilməsi və xidmət keyfiyyətinin artırılması məqsədilə test rejimində 149E nömrəli ekspres marşrutu təşkil edilir.
Operativ Media xəbər verir ki, bu barədə AYNA məlumat yayıb.
Məlumata görə, iyunun 22-dən etibarən 6 ədəd “Neoplan” markalı avtobus qəsəbəni “Sahil” metrostansiyası ilə əlaqələndirəcək.
Bildirilib ki, marşrutun fəaliyyət qrafiki sərnişin axınının intensiv olduğu saatlara uyğun müəyyən edilib. Avtobuslar səhər saat 06:45-dən 10:00-dək, axşam isə 17:00-dan 20:00-dək 15-20 dəqiqəlik intervalla hərəkət edəcək.
Marşrut üzrə gedişhaqqı 1,30 manat təşkil edəcək.
149E nömrəli ekspres marşrutunun dayanacaqları “Sahil” metrostansiyası, Dövlət Bayrağı Meydanı, “Lökbatan” Nəqliyyat Mübadilə Mərkəzi, Bakı-Salyan şosesi 16, Sahil qəsəbəsində yerləşən 253 nömrəli tam orta məktəb, 16 nömrəli Bakı Peşə Məktəbi, 319 nömrəli tam orta məktəb, Məhərrəm Seyidov küçəsi 168, 301 nömrəli körpələr evi-uşaq bağçası və 9 nömrəli xüsusi internat məktəbi olacaq.
Sorğu