Menyu

Azərbaycan qılıncoynatma komandası Avropa çempionatında 8-ci oldu

Operativ Media
Azərbaycan qılıncoynatma komandası Avropa çempionatında 8-ci oldu
1 dəq oxu

Fransanın Antoni şəhərində qılıncoynatma üzrə Avropa çempionatı keçirilir.

Operativ Media xəbər verir ki, Anna Başta, Səbinə Kərimova, Palina Kaspiaroviç və Zərifə Hüseynovadan ibarət komandamız qılıncoynatmanın sablya növü komanda yarışında 8-ci olub.

İlk görüşündə Almaniya sablyaçılarına 45:40 hesabı ilə qalib gələn millimiz ən güclü səkkizliyə yüksəlib. Yarımfinala vəsiqə uğrunda keçirilən qarşılaşmada Fransa seçmə kollektivinə 27:45 hesabı ilə uduzub.

Sablya üzrə qadınlardan ibarət milli komandamız 5-8-ci yerlər uğrunda keçirilən görüşlərdə Polşa seçmə kollektivinə (37:45) və Bolqarıstan yığmasına (39:45) uduzub. 

Kişi sablyaçıların şəxsi yarışında Maqsud Hüseynli 70-ə yaxın iştirakçı arasında 16-cı olub. Qrup mərhələsini 3 qələbə ilə başa vuran Maqsud pley-offda Böyük Britaniya və İslandiya qılıncoynadanlarına qalib gələrək 1/8 finala yüksəlib. Maqsud Hüseynli ən güclü səkkizliyə yüksəlmək uğrunda keçirilən qarşılaşmada Fransa sablyaçısı Jan-Filip Patrisə 6:15 hesabı ilə məğlub olub.

Əlaqəli Xəbərlər