Menyu

Bakıda gənc dənizdə batma təhlükəsindən xilas edilib

Operativ Media
Bakıda gənc dənizdə batma təhlükəsindən xilas edilib
1 dəq oxu
Bakının Səbail rayonu, Dənizkənarı Milli Park ərazisində bir nəfər dənizdə batma təhlükəsi ilə üzləşib.

Bu barədə Operativ Media-ya Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə daxil olan məlumat əsasında əraziyə Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunub.

Keçirilən operativ xilasetmə əməliyyatı nəticəsində 2008-ci il təvəllüdlü Sadiq Nəsirli dalğıc-xilasedicilər tərəfindən xilas edilərək aidiyyəti qurumlara təhvil verilib.

Əlaqəli Xəbərlər