Menyu

"Qarabağ" Bədavi Hüseynovla bağlı qərarını verdi

Operativ Media
"Qarabağ" Bədavi Hüseynovla bağlı qərarını verdi
1 dəq oxu

“Qarabağ” Futbol Klubu futbolçusu Bədavi Hüseynovla müqavilə müddətini uzadıb.

Operativ Media xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb. 

Ağdam təmsilçisi Azərbaycan millisinin müdafiəçisi ilə yeni 1 illik sözləşmə imzalayıb. Razılaşmaya əsasən, Bədavi Hüseynov 2027-ci ilin yayına qədər "atlılar"ın uğurları üçün mübarizə aparacaq.

2012-ci ildən “Qarabağ”ın formasını geyinən Hüseynov komandamızın heyətində Premyer Liqada 267 oyunda 5 qol vurub. O, "Qarabağ"la 11 dəfə Azərbaycan çempionu, 5 dəfə ölkə kubokunun qalibi olub, millidə 82 matçda 1 dəfə fərqlənib.

Əlaqəli Xəbərlər