Menyu

"Neftçi" kapitanları ilə müqavilə müddətini uzatdı

Operativ Media
"Neftçi" kapitanları ilə müqavilə müddətini uzatdı

“Neftçi” PFK kapitanlar – Emin Mahmudov və Emil Balayevlə müqavilə müddətlərini uzadıb.

Operativ Media  klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, yeni anlaşmaya əsasən, Mahmudovla 1+1 illik, Balayevlə isə 2 illik müqavilə imzalanıb.

Qeyd edək ki, 2017/18 mövsümündən komandamızın şərəfini qoruyan Emin Mahmudov geridə qalan 9 mövsüm ərzində 289 rəsmi oyuna çıxıb, 72 qola imza atıb. 

“Neftçi”nin yetirməsi olan Emil Balayev isə 2012/13-2014/15 və 2023/2024-2025/26 mövsümlərində bizimlə olub və 25 rəsmi oyun keçirib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər