Azərbaycanın çimərlik güləşçiləri Batumidən iki medalla qayıdırlar
Operativ Media
Gürcüstanın Batumi şəhərində çimərlik güləşi üzrə Dünya Seriyasının III mərhələsi keçirilib.
Operativ Media xəbər verir ki, Azərbaycan millisinin heyətində Rübail İbrahimli (70 kiloqram), Sahib Dadaşov, Vüsal Əliyev (hər ikisi 80 kiloqram), Əşrəf Aşırov, İlqar Nəzərli (hər ikisi 90 kiloqram) və İslam İlyasov (+90 kiloqram) mübarizə aparıb. Onlardan ikisi fəxri kürsüyə qalxıb.
Əşrəf Aşırov (90 kiloqram) uğurlu çıxış edərək yarışın qalibi olub. Bununla da həmyerlimiz ilk mərhələdəki nəticəni təkrarlayıb. Xatırladaq ki, Aşırov Vyetnamın Dananq şəhərində keçirilən analoji yarışda da çempion olmuşdu. Vüsal Əliyev (80 kiloqram) isə Batumidə bürünc medalı boynundan asıb.
Dünya Seriyasında I-S dərəcəli hakim Bəşir İsazadə ədaləti qoruyacaq.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net