Menyu

DÇ-2026: Uruqvay yenə xal itirdi

Operativ Media
DÇ-2026: Uruqvay yenə xal itirdi
1 dəq oxu

Futbol üzrə dünya çempionatı davam edir.

Operativ Media xəbər verir ki, mundialın növbəti oyununda Uruqvay Kabo Verde ilə qarşılaşıb.

Mayami stadionunda keçirilən H qrupunun 2-ci turunun matçında qalib müəyyənləşməyib – 2:2.

Uruqvayın heyətində Maksimiliano Arauxo (44) və Aqustin Kanobbio (45+6) fərqləniblər. Kabo Verde yığmasında isə Kevin Pina (21) və Helio Varella (61) diqqət mərkəzinə düşüblər.

Bununla da hər iki yığma qrupdakı xallarının sayını 2-yə çatdırıb. Uruqvay ötən tur Səudiyyə Ərəbistanı (1:1), Kabo Verde isə İspaniya ilə (0:0) heç-heçə etmişdi.

Əlaqəli Xəbərlər