Menyu

Lukaku Belçika tarixində üçüncü oldu

Operativ Media
Lukaku Belçika tarixində üçüncü oldu
1 dəq oxu

Hücumçu Romelu Lukaku Belçika milli komandasının tarixində ən çox oyun keçirən futbolçular arasında üçüncü pilləyə yüksəlib.

Operativ Media ​xəbər verir ki, 33 yaşlı forvard 2026-cı il dünya çempionatının qrup mərhələsinin 2-ci turunda İrana qarşı keçirilən matçda (0:0) meydana çıxıb. Start heyətində yer alan Lukaku 73-cü dəqiqədə əvəzlənib. Bu qarşılaşma onun milli komandada 128-ci oyunu olub. O, keçirdiyi matçlarda 90 qol vurub və 19 məhsuldar ötürmə edib.

​Lukaku bu göstərici ilə aktivində 127 oyun olan müdafiəçi Tobi Alderveyreldi geridə qoyub. Ondan daha çox oyun keçirənlər isə yalnız yarımmüdafiəçi Aksel Vitsel (138) və müdafiəçi Yan Vertongendir (157).

​Qeyd edək ki, 3-cü turda Belçika Yeni Zelandiya ilə, İran isə Misirlə qarşılaşacaq. Hər iki oyun iyunun 27-də baş tutacaq.

Əlaqəli Xəbərlər