Menyu

AFFA rəsmisi Avropa çempionatının finalına təyinat aldı

Operativ Media
AFFA rəsmisi Avropa çempionatının finalına təyinat aldı

AFFA-nın Qadın Futbolu Departamentinin rəhbəri Zümrüd Ağayeva UEFA-dan növbəti təyinat alıb.

Operativ Media xəbər verir ki, o, 19 yaşadək qadın futbolçular arasında iyunun 27-dən iyulun 10-dək Bosniya və Herseqovinada keçiriləcək Avropa çempionatının final mərhələsinə təyinat alıb. Z. Ağayeva turnirin ümumilikdə 8 oyununda UEFA nümayəndəsi olacaq.

AFFA rəsmisi A qrupunun İsveç – Polşa (27 iyun), Bosniya və Herseqovina – İsveç (30 iyun), Polşa – Bosniya və Herseqovina (3 iyul), B qrupunun isə Avstriya – İslandiya (28 iyun), Avstriya – İsveçrə (1 iyul) və İspaniya – Avstriya (4 iyul) qarşılaşmalarında fəaliyyət göstərəcək.

UEFA qitə birinciliyinin həlledici mərhələlərində də Zümrüd Ağayevaya etimad göstərib. Belə ki, o, iyulun 7-də U-19-ların Avropa çempionatının yarımfinal, 10-da isə final görüşünün UEFA nümayəndəsi olacaq.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər