Menyu

Qazaxıstan millisinin baş məşqçisi istefa verib

Operativ Media
Qazaxıstan millisinin baş məşqçisi istefa verib
1 dəq oxu

Qazaxıstan Futbol Federasiyası (QFF) milli komandanın baş məşqçisi Talqat Baysufinovun istefasını qəbul edib.

Operativ Media xəbər verir ki, bu barədə məlumatı təşkilatın mətbuat xidməti yayıb.

​Baysufinov Qazaxıstan millisinə 2025-ci ilin oktyabrında başçılıq etməyə başlamışdı. Onun rəhbərliyi altında komanda 2026-cı il dünya çempionatının final mərhələsinə vəsiqə qazana bilməyib.

​57 yaşlı mütəxəssis üçün bu, Qazaxıstan millisi ilə artıq üçüncü iş dövrü idi. O, daha əvvəl 2016–2017 və 2020–2022-ci illərdə də milli komandanı çalışdırıb. Məşqçilik karyerası ərzində Baysufinov, həmçinin "İrtış", "Akjayık", "Jetısu" klublarında və Qazaxıstanın gənclərdən ibarət yığmasında da fəaliyyət göstərib.

Əlaqəli Xəbərlər