Menyu

XİN dövlət qulluqçularını peşə bayramı münasibətilə təbrik edib

Operativ Media
XİN dövlət qulluqçularını peşə bayramı münasibətilə təbrik edib

Ölkəmizin inkişafında, dövlətçilik ənənələrinin möhkəmləndirilməsində dövlət qulluqçularının rolu əvəzsizdir.

Operativ Media xəbər verir ki, bu fikir, Azərbaycan Xarici İşlər Nazirliyinin "X"dəki hesabında Dövlət Qulluqçularının Peşə Bayramı Günü münasibətilə paylaşımında yer alıb.

"23 İyun - Dövlət Qulluqçularının Peşə Bayramı Günü münasibətilə dövlət qulluğunda çalışan bütün əməkdaşları səmimi-qəlbdən təbrik edir, onlara məsuliyyətli fəaliyyətlərində uğurlar arzulayırıq. Ölkəmizin inkişafında, dövlətçilik ənənələrinin möhkəmləndirilməsində, peşəkar, şəffaf və vətəndaşyönümlü dövlət idarəçiliyinin təmin olunmasında dövlət qulluqçularının rolu əvəzsizdir. Sizə möhkəm cansağlığı, yeni nailiyyətlər və gələcək fəaliyyətinizdə uğurlar arzulayırıq. Bayramınız mübarək!", - paylaşımda qeyd olunub.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər