Menyu

Messinin həyat yoldaşı: "Sənin dəfələrlə tarix yazdığını görmək necə də şərəfdir"

Operativ Media
Messinin həyat yoldaşı: "Sənin dəfələrlə tarix yazdığını görmək necə də şərəfdir"

Argentina millisinin və "İnter Mayami"nin hücumçusu Lionel Messinin həyat yoldaşı Antonella Rokuzzo Messinin 2026-cı il dünya çempionatında Avstriyaya qarşı matçda (2:0) etdiyi dublu şərh edib.

Operativ Media xəbər verir ki, o, uşaqları ilə birlikdə stadiondan çəkdirdiyi fotonu sosial şəbəkədə paylaşaraq yazıb.

​"Sənin təkrar-təkrar tarix yazmağını görmək necə də böyük bir şərəfdir. Səni sevirəm, Leo!" – deyə Rokuzzo paylaşımda qeyd edib.

​İyunun 22-də Argentina DÇ-2026-nın ikinci turunda Avstriyaya 2:0 hesabı ilə qalıb gəlib. 38 yaşlı Messi bu oyunda dubla imza ataraq turnir tarixinin ən məhsuldar oyunçusu olub. O, dünya çempionatlarında 16 qol vuran Klozenin rekordunu təzələyib.

​Ardıcıl ikinci qələbəsini qazanan Argentina 6 xalla J qrupunun turnir cədvəlinə başçılıq edir. Argentinalılar DÇ-2026-nın pley-off mərhələsinə vəsiqəni artıq təmin ediblər.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər