Menyu

MRİO-da idman yarışlarının ikinci gün həyəcanı - FOTOLAR

Operativ Media
MRİO-da idman yarışlarının ikinci gün həyəcanı - FOTOLAR

Məktəblilərin Respublika İdman Olimpiadasının ikinci günündə sərbəst güləş, ağırlıqqaldırma, bədii gimnastika, veloidman, stolüstü tennis ilə yanaşı, badminton, basketbol və boks üzrə yarışlar da davam edib.

Operativ Media xəbər verir ki, sərbəst güləş yarışlarında müxtəlif şəhər və rayonları təmsil edən məktəbli idmançılar 5 çəki dərəcəsində mübarizə apararaq ümumilikdə 178 iştirakçı ilə çıxış ediblər. Ağırlıqqaldırma üzrə 48 kq və 52 kq çəki dərəcələrində qaliblər müəyyənləşib. Bədii gimnastika yarışlarında 2014 və 2015-ci il təvəllüdlü gimnastlar arasında qaliblər elan olunub.

Stolüstü tennis üzrə yarışlarda finalçılar müəyyənləşib və medalçılar bəlli olub. Veloidman üzrə şose yarışlarında həm qızlar, həm də oğlanlar arasında qrup ötüşmələri keçirilib və qaliblər müəyyən edilib.

Badminton, basketbol və boks yarışlarında da müxtəlif yaş qruplarında məktəblilər öz bacarıqlarını nümayiş etdirərək mübarizəni davam etdiriblər.

Yarış gününün sonunda “Atletlər kəndi”ndə məktəblilər üçün əyləncə proqramı təşkil edilərək onların asudə vaxtının səmərəli keçirilməsi təmin olunub.

Qeyd edək ki, Elm və Təhsil Nazirliyi və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı, Bakı Şəhər Halqası Əməliyyat Şirkəti və müvafiq idman federasiyalarının dəstəyi ilə ölkədə ilk dəfə keçirilən Məktəblilərin Respublika İdman Olimpiadasında (MRİO) yarışlar 26 iyun tarixinədək davam edəcək.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər