Menyu

Mbappe: "Messinin nə etdiyinə baxmıram, əks halda daha çox şey etməli olardım"

Operativ Media
Mbappe: "Messinin nə etdiyinə baxmıram, əks halda daha çox şey etməli olardım"

Fransa millisinin hücumçusu Kilyan Mbappe 2026-cı il dünya çempionatının qrup mərhələsinin 2-ci turunda İraqa qarşı qazanılan qələbədən (3:0) sonra Lionel Messinin DÇ-dəki qol rekordunu düşünmədiyini bildirib.

Operativ Media xəbər verir ki, bu qarşılaşmada fransızların kapitanı dubla imza atıb.

​ "Ən yaxşı bombardir titulu barədə düşünmürəm", — deyə "L'Equipe" Mbappedən sitat gətirib. 

"Mənim üçün ən vacibi komandanın güclü oyun nümayiş etdirməsidir ki, özümüzə güvənək. Dünya çempionatlarında həmişə qol vurmuşam, ona görə də narahat olmağa əsas yoxdur. İlk növbədə, komanda olaraq inkişaf etməyimizi istəyirəm, çünki sona qədər getmək istəyiriksə, bizi ciddi sınaq gözləyir".

​— "Messi iki qol vurdu, siz də həmçinin. Dünya çempionatları tarixinin ən yaxşı bombardiri olmaq uğrunda ikiniz arasında bitmək bilməyən bir rəqabət dastanı gedir?"

​— "Xeyr, heç bir dastan yoxdur. Leo həmişə qol vurub, vurur və vuracaq da. Onun nə etdiyinə baxmıram, yoxsa daha çoxunu etməli olardım. Mən yalnız öz komandama baxıram. Qol vurduqca bu səviyyəyə yaxınlaşırsan, lakin təkrar edirəm: mənim üçün Fransa millisinin inkişafını izləmək daha vacibdir".

​İyunun 22-də Argentina DÇ-2026-nın ikinci turunda Avstriyaya 2:0 hesabı ilə qalıb gəlib. 38 yaşlı Messi dubl edərək turnir tarixinin ən məhsuldar oyunçusu olub. 27 yaşlı Mbappenin aktivində isə dünya çempionatlarında 16 qol var.

​Ardıcıl ikinci qələbəsini qazanan Argentina 6 xalla J qrupunun turnir cədvəlinə başçılıq edir. Argentinalılar DÇ-2026-nın pley-off mərhələsinə vəsiqəni artıq təmin ediblər.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər