Menyu

Masallıda 7 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb

Operativ Media
Masallıda 7 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
1 dəq oxu

Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib. 

Operativ Media xəbər verir ki, bu barədə DİN Mətbuat Xidməti məlumat yayıb.

Məlumata görə, tədbir zamanı əvvəllər məhkum olunmuş 41 yaşlı Emin Mahmudov saxlanılıb. Ondan 7 kiloqramdan artıq marixuana, heroin və tiryək aşkarlanıb. 

Faktla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Əlaqəli Xəbərlər