Menyu

Bakıda UFC ulduzlarının açıq məşqi keçiriləcək

Operativ Media
Bakıda UFC ulduzlarının açıq məşqi keçiriləcək

Mütləq Döyüş Çempionatının (UFC) Bakıda keçiriləcək turniri ərəfəsində idmançıların açıq məşqi və fan-zona təşkil olunacaq.

Bu barədə Operativ Media-ya Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən məlumat verilib.

Tədbir iyunun 24-də, saat 17:00-da Dənizkənarı Milli Parkda, Yeddi Gözəl fəvvarəsinin yaxınlığında baş tutacaq.

Açıq məşqdə "UFC Fight Night Baku" turnirinin əsas döyüşünün iştirakçıları - azərbaycanlı Rafael Fiziyev və meksikalı Manuel Torres, gecənin ikinci əsas qarşılaşmasının iştirakçısı Şarabutdin "Shara Bullet" Maqomedov, eləcə də yerli döyüşçülər - Nazim Sadıxov və Fərman Həsənov iştirak edəcəklər.

Tədbir zamanı hər bir döyüşçü 10 dəqiqəlik nümayiş məşqi keçirəcək, daha sonra azarkeşlərin suallarını cavablandıracaq. Tədbir ictimaiyyət üçün açıqdır və giriş sərbəstdir.

Xatırladaq ki, "UFC Fight Night" turniri iyunun 27-də Milli Gimnastika Arenasında baş tutacaq.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər