Menyu

Toxumçuluq haqqında qanunvericiliyi pozanlar cərimələnəcək - Məbləğlər

Operativ Media
Toxumçuluq haqqında qanunvericiliyi pozanlar cərimələnəcək - Məbləğlər

Toxumçuluq haqqında qanunvericiliyin pozulması hallarının əhatə dairəsi genişlənir.

Operativ Media xəbər verir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik təklif edilir.

Layihə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Əmək və sosial siyasət komitələrinin bugünkü birgə iclasında müzakirəyə çıxarılıb.

Sənədə əsasən, toxumçuluq sahəsində normativ hüquqi aktların tələblərinə uyğun gəlməyən toxumların istehsalına, emalına, tədarükünə, saxlanmasına, daşınmasına, ticarət dövriyyəsinə, o cümlədən idxalına və ixracına, toxum əməliyyatçılarının seleksiya və toxumçuluq sahəsində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində qeydiyyata alınmadan toxumçuluq sahəsində fəaliyyət göstərilməsinə, habelə toxum qablarının (konteynerlər, bağlamalar və s.) üzərində, etiketlərdə və ya müşayiətedici sənədlərdə bitki sortunun adı, mənşəyi və toxumun keyfiyyəti barədə yanlış məlumat göstərilməsinə görə fiziki şəxslər 100 manatdan 150 manatadək məbləğdə, vəzifəli şəxslər 300 manatdan 500 manatadək məbləğdə, hüquqi şəxslər 1000 manatdan 1500 manatadək məbləğdə cərimə ediləcək.

Bundan başqa, toxum əməliyyatçıları tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminin altsisteminə bilə-bilə yanlış və ya təhrif olunmuş məlumatların daxil edilməsinə görə fiziki şəxslər 100 manatdan 150 manatadək məbləğdə, vəzifəli şəxslər 300 manatdan 500 manatadək məbləğdə, hüquqi şəxslər 1000 manatdan 1500 manatadək məbləğdə cərimə olunur.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər