Menyu

Tiaqo Silva sabiq klubuna qayıtdı

Operativ Media
Tiaqo Silva sabiq klubuna qayıtdı

"Porto" ilə müqavilə müddəti başa çatdıqdan sonra komandadan ayrılan Tiaqo Silva keçmiş klubu "Fluminense"yə qayıdıb.

Operativ Media ​xəbər verir ki, bu haqda Braziliya klubunun mətbuat xidməti məlumat yayıb.

Klubun rəsmi internet saytında yayımlanan bəyanatda təcrübəli mərkəz müdafiəçisi ilə bu ilin sonunadək qüvvədə olacaq müqavilə imzalandığı bildirilib.

​Futbol karyerasına "Fluminense"nin yetirməsi kimi başlayan braziliyalı müdafiəçi daha sonra müvafiq olaraq "RS Futebol", "Yuventude", "Porto", "Dinamo Moskva", "Milan", PSJ və "Çelsi" klublarının formasını geyinib. "Chelsea" ilə müqaviləsi 2024-cü ildə başa çatdıqdan sonra "Fluminense" ilə yenidən razılığa gələn Silva bu ilin əvvəlində "Porto"ya transfer olunmuşdu. "Porto"dan ayrıldıqdan sonra 41 yaşlı oyunçu növbəti dəfə "Fluminense" ilə müqavilə imzalayıb.

​Karyerası ərzində ümumilikdə 818 oyuna çıxan Tiaqo Silva bu qarşılaşmalarda 53 qol və 19 məhsuldar ötürmə ilə yadda qalıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər