Menyu

"Araz-Naxçıvan" ispaniyalı yarımmüdafiəçi ilə gücləndi

Operativ Media
"Araz-Naxçıvan" ispaniyalı yarımmüdafiəçi ilə gücləndi

Heyətini gücləndirməyə çalışan “Araz-Naxçıvan” Alberto Qarsia Fernandeslə anlaşıb.

Operativ Media klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, İspaniyalı yarımmüdafiəçi yeni mövsümdə “qırmızı-ağlar”ın formasını geyinəcək. Müqavilənin müddəti 1 ildir. 

30 yaşlı futbolçu “Real” (Madrid) klubun yetirməsidir. Yarımmüdafiəçi müxtəlif illərdə vətənində “Kastilya”, “Fuenlabrada”, UKAM, “Sabadel”, “Rayo Maxadaonda”, eləcə də Kiprin “Omoniya” və “Akritas Xloraka” klublarının formasını geyinib. A. Fernandes 2017-ci ildə İspaniya U-19 millisinin heyətində 1 oyunda meydana çıxıb. 

Qeyd edək ki, “Araz-Naxçıvan” buna qədər Tərlan Əhmədli, Ömər Buludov, Slavik Alxasov, İbrahim Piriyev, Ülvi İsgəndərov, Rəşad Həsənov və Luka Dumançiçlə yeni müqavilə imzalayıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər