Menyu

Bakıda Azərbaycan və Asiya ağırlıqqaldırma rəhbərləri arasında görüş keçirilib

Operativ Media
Bakıda Azərbaycan və Asiya ağırlıqqaldırma rəhbərləri arasında görüş keçirilib

Azərbaycan Ağırlıqqaldırma Federasiyasının prezidenti Kamran Nəbizadə, Bakıda səfərdə olan Asiya Ağırlıqqaldırma Federasiyasının və Qətər Ağırlıqqaldırma Federasiyasının prezidenti Muhammed Yousef Al Mana ilə görüşüb.

Operativ Media xəbər verir ki, AAF-ın vitse-prezidenti Firdovsi Umudovun da iştirak etdiyi görüşdə bir sıra məsələlərə dair fikir mübadiləsi aparılıb. Səfəri haqqında məmnunluqla danışan qonaq, Azərbaycanın nümunəvi idman ölkəsi olduğunu diqqətə çatdırıb. AAF prezidenti Kamran Nəbizadə, Muhammed Yousef Al Mananı Bakıda görməkdən məmnun olduğunu bildirib. Federasiya prezidenti qeyd edib ki, Azərbaycanda idman sahəsinə, o cümlədən ağırlıqqaldırma növünün inkişafına dövlət səviyyəsində qayğı göstərilir. Kamran Nəbizadə xatırladıb ki, Azərbaycan, Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının Avropa üzrə Mərkəzi statusuna sahibdir və bu mənada qarşılıqlı təmasların genişləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Bu müddət ərzində bir neçə ölkənin idmançılarının Bakıda təlim-məşq toplanışı keçdiyini vurğulayan Kamran Nəbizadə, təcrübə mübadiləsinin vacibliyini diqqətə çatdırıb. Məhsuldar keçən görüş qarşılıqlı fikir mübadiləsi ilə davam edib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər