Menyu

Kriştiano Ronaldo tarixdə altı Dünya Kubokunda qol vuran ilk oyunçu oldu

Operativ Media
Kriştiano Ronaldo tarixdə altı Dünya Kubokunda qol vuran ilk oyunçu oldu
1 dəq oxu

Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldu DÇ-2026-nın qrup mərhələsinin 2-ci turunda Özbəkistanla oyunda hesabı açıb.

Operativ Media ​xəbər verir ki, dünya çempionatlarında doqquzuncu qolunu vuran hücumçu altı mundialda fərqlənməyi bacaran tarixdə ilk futbolçu olub.

Ronaldu 2006, 2010, 2014, 2018 və 2022-ci illərdə keçirilən dünya çempionatlarında çıxış edib və onların hər birində ən azı bir qol vurub.

​Özbəkistanla qarşılaşma Ronaldu üçün dünya çempionatları karyerasında 24-cü oyun oldu. Bununla da 41 yaşlı hücumçu dünya və Avropa çempionatlarında 10 oyundan ibarət qolsuz seriyasına son qoydu.

Əlaqəli Xəbərlər