Menyu

Ronaldo Dünya Kubokunda iştirak sayına görə ilk üçlüyə düşüb

Operativ Media
Ronaldo Dünya Kubokunda iştirak sayına görə ilk üçlüyə düşüb
1 dəq oxu

Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldo DÇ-2026-nın qrup mərhələsinin 2-ci turunda Özbəkistan yığmasına qarşı keçirilən oyunda komandasının start heyətində meydana çıxıb.

Operativ Media ​xəbər verir ki, qarşılaşma ABŞ-nin Hyuston şəhərindəki "EnErcu Stedium" (NRG Stadium) arenasında baş tutur.

41 yaşlı Ronaldo dünya çempionatlarında keçirdiyi oyunların sayına görə (24 matç) italyan Paolo Maldinini geridə qoyub və alman Miroslav Klozeyə çatıb. Onlar bu göstərici üzrə üçüncü yeri bölüşürlər. Turnirin tarixində yalnız argentinalı Lionel Messi (28) və alman Lotar Matteus (25) daha çox oyun keçiriblər.

Əlaqəli Xəbərlər