Deşam Norveçlə oyunda komandanın başında olmayacaq - SƏBƏB
Operativ Media
Fransa millisinin baş məşqçisi Didye Deşam anasının vəfatı səbəbindən ölkəsinə yollanıb.
Operativ Media xəbər verir ki, bu barədə Fransa Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Mütəxəssis DÇ-2026-nın qrup mərhələsinin son turunda Norveçlə keçiriləcək oyunda komandasının yanında ola bilməyəcək.
Fransa və Norveç milliləri I qrupunda mübarizə aparır və hər iki komanda 6 xal toplayaraq artıq pley-off mərhələsinə vəsiqəni təmin edib. Qrup liderliyi üçün Fransaya son turda məğlub olmamaq kifayətdir.
57 yaşlı Didye Deşam 2012-ci ildən Fransa millisinin baş məşqçisidir.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net