Menyu

Bakıda beynəlxalq sığorta forumu keçirilir

Operativ Media
Bakıda beynəlxalq sığorta forumu keçirilir

İyunun 24-də Bakıda 11-ci “Azərbaycan Beynəlxalq Sığorta Forumu” (AIIF-2026) işə başlayıb.

Operativ Media xəbər verir ki, tədbir Azərbaycan Mərkəzi Bankının strateji dəstəyi və Azərbaycan Sığortaçılar Assosiasiyasının təşkilatçılığı ilə keçirilir. Forumda 20-dən çox ölkədən (Qafqaz regionu, Mərkəzi Asiya, Avropa, Türkiyə, Rusiya və MDB ölkələri) peşəkar sığorta, təkrarsığorta və broker şirkətlərinin top-menecerlərinin, o cümlədən, dövlət rəsmiləri, yerli sığortaçılar və aidiyyəti təşkilatların nümayəndələri iştirak edir.

İki gün davam edəcək və ümumilikdə 400-ə yaxın iştirakçının qatılacağı forum çərçivəsində özəl pensiya sistemləri, təbii fəlakətlər fonunda təkrarsığorta, həyat və sağlamlıq sığortaları, sığorta brokerliyində qlobal trendlər, sığorta sahəsində peşəkar təhsil və s. kimi mövzularda panel müzakirələrinin təşkil olunması planlaşdırılıb.

“Azərbaycan Beynəlxalq Sığorta Forumu” artıq 11-ci dəfədir ki, ənənəvi olaraq ölkəmizdə keçirilən və Qafqaz regionunun ən mühüm sığorta əməkdaşlığı platformasıdır.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər