Menyu

Qusarda cüdo üzrə kəmər dərəcələri üçün rəsmi imtahan keçiriləcək

Operativ Media
Qusarda cüdo üzrə kəmər dərəcələri üçün rəsmi imtahan keçiriləcək
1 dəq oxu

İyunun 26-da Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə Qusarda kəmər dərəcələri üzrə rəsmi imtahan keçiriləcək. 

Operativ Media xəbər verir ki, imtahan 7 yaşdan yuxarı cüdo ilə məşğul olan hamı üçün açıqdır. Kəmər seçimi müvafiq yaş uyğunluğuna əsasən aparılacaq. İmtahanı uğurla keçən namizədlərə ACF tərəfindən müvafiq kəmər və sertifikat təqdim ediləcək.

 Qeyd edək ki, bu ildən etibarən kəmər dərəcəsi olmayan idmançıların yarışlarda iştirakına icazə verilməyəcək.

Əlaqəli Xəbərlər