Menyu

Mahir Emrelinin çıxış etdiyi komanda yeni hücumçu ilə gücləndi

Operativ Media
Mahir Emrelinin çıxış etdiyi komanda yeni hücumçu ilə gücləndi

Azərbaycan millisinin üzvü Mahir Emrelinin çıxış etdiyi "Kayzerslautern" növbəti transferini rəsmiləşdirib.

Operativ Media xəbər verir ki, Almaniya təmsilçisi heyətini Belçikanın yüksək liqa klubu "Anderlext"dən icarəyə götürdükləri malili hücumçu İbrahim Kanate ilə gücləndiriblər. Bu haqda klubun mətbuat xidməti məlumat yayıb.

Futbol təhsilinə vətəni Malidə başlayan İbrahim Kanate 2025-ci ilin yanvarında – 18 yaşında Belçika yüksək liqasında çıxış edən "Anderlext" klubuna keçərək ilk peşəkar müqaviləsini imzalayıb. O, "Anderlext"dəki ilk tam mövsümündə təkcə Yupiter Pro Liqasında deyil, həmçinin UEFA Konfrans Liqası və Avropa Liqasının təsnifat mərhələlərində də meydana çıxıb.

Mali milli komandasının 19 yaşlı üzvü U-17 yığmasında 12 oyun keçirib. Hazırda o, indiyədək dörd dəfə şans qazandığı U-23 komandasının heyətində yer alır.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər