Sumqayıtda aptekdən oğurluq edilib
Nərmin Qocamanlı
Aprelin 3-də saat 22 radələrində Sumqayıt şəhəri 4-cü mikrorayon ərazisindəki apteklərin birindən 187 manat dəyərində gigiyenik vasitənin soyğunçuluq yolu ilə talanması barədə polisə məlumat daxil olub.
DİN mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, Sumqayıt ŞPİ 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində soyğunçuluq əməlində şübhəli bilinən Xızı rayon sakini, əvvəllər məhkum olunmuş Gündüz Məmmədov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net