Menyu

"Qarabağ" yamaykalı vingerlə gücləndi

Operativ Media
"Qarabağ" yamaykalı vingerlə gücləndi
1 dəq oxu

“Qarabağ” heyətini yeni futbolçu ilə gücləndirib.

Operativ Media klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Ağdam klubu yamaykalı vinger Renaldo Sefası heyətinə qatıb. 

Qeyd edək ki, Renaldo Sefas peşəkar karyerasına Yamaykanın “Arnett Qardens” klubunda başlayıb. 2022-ci ildə o, Şimali Makedoniyanın “Şkupi” klubuna keçib. Burada bir il oynadıqdan sonra isə Türkiyənin “Ankaragücü” klubuna transfer olunub. Ankara təmsilçisində 2 mövsüm keçirib. Orada 58 oyunda 11 qol vurub. 2025-ci ildən isə o, Rusiyanın “Pari Nijniy Novqorod” klubunda oynayır. O, bu klubda 25 oyuna çıxıb və 1 qol vurub.

Əlaqəli Xəbərlər