Menyu

BMT: Venesueladakı zəlzələ 6,7 milyondan çox insana təsir göstərə bilər

Operativ Media
BMT: Venesueladakı zəlzələ 6,7 milyondan çox insana təsir göstərə bilər

Venesuelada baş verən zəlzələdən 6,76 milyon insan zərər çəkə bilər.

Operativ Media xəbər verir ki, bu barədə BMT-nin Beynəlxalq Miqrasiya Təşkilatının ilkin hesablamalarında bildirilir.

Qeyd olunur ki, bunlar əhali məlumatlarının təhlili və dağıntıların miqyasına əsaslanan ilkin hesablamalardır. Mətndə deyilir ki, təkcə paytaxt Karakasda zəlzələlər 2 milyona qədər insana təsir göstərib.

Qeyd edək ki, iyunun 24-də axşamı Venesuelada zəlzələ baş verib. Təxminən 40 saniyə ara ilə 7,2 və 7,5 bal gücündə iki təkan qeydə alınıb. Onların episentrləri Yaracuy ştatında bir-birindən 10 kilometr aralıda yerləşib. Zəlzələdən sonra 214 afterşok qeydə alınıb. Son məlumatlara görə, Venesuelada 1400-dən çox insan ölüb, 3200-dən çox insan isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər