Menyu

"Turan Tovuz"un yay hazırlıq planı bəlli oldu

Operativ Media
"Turan Tovuz"un yay hazırlıq planı bəlli oldu
1 dəq oxu

"Turan Tovuz"un əsas komandasının yay hazırlıq planı bəlli olub. 

Operativ Media xəbər verir ki, Kurban Berdıyevin kollektivi iyulun 4-də təlim-məşq toplanışının ilk mərhələsinə start verəcək. 

Hazırlığın 2 həftəlik birinci mərhələsi Ankaranın Qızılcahamam bölgəsində baş tutacaq.  

Türkiyə toplanışının ikinci mərəhələsi isə Boluda həyata keçiriləcək.

Baş məşqçi Kurban Berdıyev Türkiyə toplanışı çərçivəsində 4 yoxlama görüşündə komandanı sınaqdan keçirəcək. 

Rəqiblərin kimliyi və oyunların tarixləri barədə əlavə məlumat veriləcək

Əlaqəli Xəbərlər