Azərbaycan cüdoçuları Avropa Açıq Turnirindən 4 medalla qayıdırlar
Operativ Media
Çexiyanın paytaxtı Praqada keçirilən cüdo üzrə Avropa Açıq Turniri başa çatıb.
Operativ Media-nın Azərbaycan Cüdo Federasiyasına istinadən məlumatına görə, son yarış günündə Əjdər Bağırov (100 kq) Azərbaycan millisinin hesabına növbəti medalı yazdırıb.
Cüdoçu gümüş mükafata sahib çıxıb.
Xatırladaq ki, ilk yarış günündə Elşən Əsədov (66 kq) qızıl, Rəşad Yelkiyev (66 kq) gümüş, Kamran Süleymanov (73 kq) isə bürünc medal qazanmışdı.
Azərbaycan millisi turniri 1 qızıl, 2 gümüş və 1 bürünc olmaqla ümumilikdə 4 medalla başa vurub. Yığma 38 ölkə arasında ümumi komanda hesabında altıncı yeri tutub, kişilər arasında isə Fransa ilə ikinci-üçüncü pilləri bölüşüb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net