Menyu

Amerikalı üzgüçü dünya rekordunu yeniləyib

Operativ Media
Amerikalı üzgüçü dünya rekordunu yeniləyib
1 dəq oxu

Amerikalı üzgüçü Qretxen Uolş Romada keçirilən yarışda 50 metr sərbəst üzgüçülük üzrə 23,55 saniyə nəticə göstərərək dünya rekordunu yeniləyib.

Operativ Media xarici mediaya istinadla xəbər verir ki, əvvəlki rekord amerikalı Keyt Duqlasa məxsus idi. O, iyunun 19-da bu məsafəni 23,59 saniyəyə qət etmişdi.

İyirmi üç yaşlı Uolş ikiqat Olimpiya çempionu və dördqat dünya çempionudur.

Əlaqəli Xəbərlər