Menyu

Azərbaycanlı futbolçu 25 yaşında karyerasını bitirdi

Operativ Media
Azərbaycanlı futbolçu 25 yaşında karyerasını bitirdi

Legioner həyatı yaşayan Azərbaycanlı futbolçu Nazim Məmmədzadə 25 yaşında karyerasını bitirib.

Operativ Media xəbər verir ki, o, bu haqda "instagram" hesabında paylaşım edib.

"​Bu gün həyatımın böyük bir hissəsini həsr etdiyim idmana "əlvida" deməli olduğum gün gəldi.

Futbol mənə unudulmaz duyğular – sevinc və acı, qələbələr və məğlubiyyətlər bəxş etdi. O, mənə ömürlük dostlar qazandırdı. Mənə inanan və potensialımı maksimum dərəcədə üzə çıxarmağa çalışan hər bir məşqçiyə təşəkkür etmək istəyirəm. Bu yol boyu yanımda olan, məni dəstəkləyən və hər anımı mənimlə bölüşən bütün insanlara təşəkkür edirəm.

​Bu gün həyatımın bir səhifəsini bağlayıb, yenisini açıram. Və hər şeyə rəğmən inanıram ki, ən maraqlısı hələ irəlidədir. Həyat hələ indi başlayır", - deyə o, paylaşımda qeyd edib.

Qeyd edək ki, Nazim Məmmədzadə son olaraq Maldiv Adalarının "Maziya" klubunda çıxış edib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər