Menyu

Nazim Məmmədzadə Azərbaycan klubunda çalışacaq

Operativ Media
Nazim Məmmədzadə Azərbaycan klubunda çalışacaq
1 dəq oxu

25 yaşında futbolçu karyerasını bitirən Nazim Məmmədzadə "Zirə" klubunda çalışacaq.

Bu barədə sabiq futbolçu Operativ Media-ya açıqlamasında deyib.

O, karyerasını erkən yaşda bitirməyinin bu iş təklifi ilə bağlı olduğunu bildirib.

"Eltun Yaqublunun "Zirə"yə təyinatından sonra görüşümüz oldu. Mənə öz planlarından və layihəsindən danışdı. Rəşad Sadıqov və "Zirə" amili fikrimi dəqiqləşdirməkdə mənə kömək etdi. "Zirə"də Eltun Yaqublunun əsas köməkçilərindən biri kimi fəaliyyət göstərəcəm".

Qeyd edək ki, Eltun Yaqublu "Zirə"nin yeni yaradılan Skautinq Departamentinin rəhbəri və seleksiyaçı məşqçisi vəzifəsində çalışır.

Əlaqəli Xəbərlər