Həftəsonu 150 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb
Operativ Media
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyunun 27-də və 28-də ümumi çəkisi 150,1 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.
DİN Mətbuat Xidmətindən Operativ Media-ya verilən məlumata görə, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 135,2 kiloqramdan çox marixuana, 2,9 kiloqrama yaxın heroin, 5 kiloqrama yaxın tiryək və 7 kiloqramdan çox həşiş olub.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma