Menyu

"Yuventus" və PSJ Kolo Muaninin transferi ilə bağlı danışıqlara başlayıblar

Operativ Media
"Yuventus" və PSJ Kolo Muaninin transferi ilə bağlı danışıqlara başlayıblar

PSJ-nin hücumçusu Randal Kolo Muani "Yuventus"a keçə bilər.

Operativ Media xəbər verir ki, bu haqda insayder Fabrizio Romano məlumat yayıb. 

​Mənbə bildirir ki, Turin klubu 27 yaşlı fransalı futbolçu ilə müqavilə şərtlərini razılaşdırıb və Paris təmsilçisi ilə danışıqlara başlayıb. Kolo Muani artıq 2024/25-ci illər mövsümünün ikinci yarısında icarə əsasında "Yuventus"da çıxış edib. O, həmin vaxt keçirdiyi 22 oyunda 10 qol vurub və 3 məhsuldar ötürmə edib.

​Qeyd edək ki, "Yuventus" 2023-cü ildə Kolo Muani üçün "Ayntraxt"a 95 milyon avro ödəmişdi. Hücumçu ötən mövsümü isə icarə əsasında "Tottenhem"də keçirib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər