Menyu

Dünya Kubokunun qrup mərhələsini 4,6 milyon insan izləyib

Şəfa Hüseynli
Dünya Kubokunun qrup mərhələsini 4,6 milyon insan izləyib
1 dəq oxu

2026-cı il FIFA Dünya Kubokunun qrup mərhələsinin oyunlarını ümumilikdə 4,6 milyon insan izləyib.

Operativ Media xəbər verir ki, bu barədə Beynəlxalq Futbol Assosiasiyaları Federasiyasının (FIFA) mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, qrup mərhələsində 72 oyun keçirilib.

Məlumata görə, əvvəlki rekord 1994-cü ildə ABŞ-də keçirilən Dünya Kubokunda qeydə alınmışdı və oyunları 3.587.538 tamaşaçı izləmişdi.

Qeyd edilib ki, dünya Kuboku ABŞ, Kanada və Meksikada keçirilir. İlk dəfə 48 komandanın iştirak etdiyi turnir 19 iyulda başa çatacaq. 

Əlaqəli Xəbərlər