Menyu

"Araz-Naxçıvan"ın yay hazırlıq planı bəlli oldu

Operativ Media
"Araz-Naxçıvan"ın yay hazırlıq planı bəlli oldu

“Araz-Naxçıvan” yeni mövsümün hazırlığına iyulun 10-da başlayacaq. 

Operativ Media xəbər verir ki, ilk 3 gün ərzində futbolçular tibbi müayinədən keçəcəklər. Ayın 13-dən 20-dək təlim-məşq toplanışının birinci mərhələsi olacaq. İyulun 20-də klubun əvəzedici heyəti ilə yoxlama oyunu keçiriləcək. Ertəsi gün dincələcək futbolçular hazırlıq prosesinin ikinci mərhələsinə iyulun 22-də başlayacaq. Ayın 31-dək davam edəcək bu mərhələdə “qırmızı-ağlar” 3 oyunda gücünü sınayacaq. İyulun 24-də “İmişli”, ayın 31-də isə “Şəfa” sparrinq-rəqib olacaq. İyulun 28-də keçirilməsi nəzərdə tutulan oyundakı rəqib dəqiqləşməyib. Avqustun ilk 2 günündə istirahət edəcək “Araz-Naxçıvan” ayın 3-də bir araya gələcək və 4 gün sonra yoxlama matçında gücünü sınayacaq. Avqustun 7-nə planlaşdırılan görüş üçün sparrinq-rəqib seçilməyib. Bu qarşılaşmadan sonra bərpa və istirahət edəcək futbolçular avqustun 10-dan etibarən yeni mövsümün ilk oyununun hazırlığına başlayacaq. 

Bütün hazırlıq prosesi Bakıda keçiriləcək.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər