Menyu

"Ayaks" "Barselona"nın qapıçısını transfer edir

Operativ Media
"Ayaks" "Barselona"nın qapıçısını transfer edir
1 dəq oxu

"Barselona"nın qapıçısı Mark-Andre ter Ştegen "Ayaks"a keçməyə razıdır.

Operativ Media xəbər verir ki, bu barədə insayder Fabrisio Romano məlumat yayıb.

​Hazırda klublar 34 yaşlı almaniyalı qolkiperin icarəsi ilə bağlı danışıqlar aparırlar. Müzakirələrin əsas mövzusu qapıçının maaşının klublar arasında necə bölünməsidir.

​Ter Ştegen "Barselona"ya 2014-cü ildə keçib. O, Kataloniya klubunun heyətində 423 oyuna çıxıb, bu görüşlərdə 416 qol buraxıb və 176 matçda qapısını toxunulmaz saxlayıb.

​2026-cı ilin yanvarında ter Ştegen icarə əsasında "Jirona"ya keçsə də, cəmi iki oyundan sonra dizaltı vətərindən zədə alıb və 2025/26 mövsümünün qalan hissəsini buraxmalı olub.

​Ter Ştegenin "Barselona" ilə müqavilə müddəti 2028-ci ilin yayına qədərdir. "Transfermarkt" portalı onun bazar dəyərini 3 milyon avro qiymətləndirir.

Əlaqəli Xəbərlər