Menyu

Fransa millisinin sabiq müdafiəçisi karyerasını bitirdi

Operativ Media
Fransa millisinin sabiq müdafiəçisi karyerasını bitirdi

Fransa millisinin keçmiş mərkəz müdafiəçisi Eliakim Manqala butslarını divardan asıb.

Operativ Media xəbər verir ki, onun karyerasını rəsmən başa vurduğunu "RMC Sport" açıqlayıb. 

Manqala 35 yaşında futboldan ayrılmaq qərarına gəlib.

O, bir vaxtlar, konkret, 2014-cü ildə təxminən 45 milyon avroya "Portu"dan "Mançester Siti"yə transfer olunarkən dünyanın ən bahalı müdafiəçisi olub. 

Fransız karyerası ərzində həmçinin "Valensiya", "Everton", "Sent-Etyen" və digər klublarda da çıxış edib, həmçinin Fransa millisində 8 oyun keçirib. Beynəlxalq səviyyədə o, DÇ-2014 və AÇ-2016-nın iştirakçısı olub.

O, karyerası ərzində 10 kuboku başı üzərində qaldırıb. Bunlar Belçika Çempionatı, Belçika Kuboku, Belçika Super Kuboku, Portuqaliya çempionatı (2 dəfə), Portuqaliya Super Kuboku (2 dəfə), İngiltərə Premyer Liqası (2 dəfə) və İngiltərə Liqa Kubokudur.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər