Menyu

Avropa çempionatı: Azərbaycanın iki cüdoçusu bürünc medal qazandı

Operativ Media
Avropa çempionatı: Azərbaycanın iki cüdoçusu bürünc medal qazandı
1 dəq oxu

İspaniyanın Las-Palmas-de-Qran-Kanariya şəhərində cüdo üzrə yeniyetmələr arasında Avropa çempionatı keçirilir.

Operativ Media xəbər verir ki, ilk yarış günündə daha iki Azərbaycan cüdoçusu medal qazanıb. -48 kq çəki dərəcəsində mübarizə aparan Könül Eyvazlı və -55 kq çəki dərəcəsində İbrahim Talibov bürünc medal qazanıb.

Qeyd edək ki, daha əvvəl Zəhra Quliyeva (-48 kq) qızıl, Nihad Ağayev (-50 kq) qızıl, Fərid Rzazadə (-50 kq) isə gümüş medal qazanıb.

Əlaqəli Xəbərlər