Menyu

"Qarabağ" macarıstanlı müdafiəçi ilə güclənir

Operativ Media
"Qarabağ" macarıstanlı müdafiəçi ilə güclənir
1 dəq oxu

Yeni mövsüm hazırlıqlarını davam etdirən "Qarabağ" heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.

Operativ Media belçikalı insayder Saşa Tavolyeriyə istinadən xəbər verir ki, Ağdam təmsilçisi Macarıstanın “Zalaeqerseq” klubunun müdafiəçisi Bence Varkonyi ilə razılıq əldə edib.

Klubu ilə gələn ilin yayına qədər müqaviləsi olan 24 yaşlı mərkəz müdafiəçisi təxminən 1 milyon avro qarşılığında “Qarabağ”a transfer olunub. Tərəflər arasında 3 illik müqavilənin imzalanacağı gözlənilir. Bununla Varkonyi ilk dəfə legioner həyatı yaşayacaq.

Əlaqəli Xəbərlər