Menyu

Məcburi köçkünlərlə bağlı qanunlarda dəyişikliklər son oxunuşda qəbul edilib

Operativ Media
Məcburi köçkünlərlə bağlı qanunlarda dəyişikliklər son oxunuşda qəbul edilib
1 dəq oxu

Milli Məclis Mənzil Məcəlləsində, "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında" və "Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini üçüncü oxunuşda qəbul edib.

Operativ Media xəbər verir ki, bununla bağlı məsələ parlamentin növbədənkənar sessiyasının bugünkü iclasında müzakirəyə çıxarılıb.

Qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq son oxunuşda qəbul edilib.

Əlaqəli Xəbərlər