Menyu

Sabah hava necə olacaq? -PROQNOZ

Operativ Media
Sabah hava necə olacaq?  -PROQNOZ

Bakıda və Abşeron yarımadasında iyulun 1-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Operativ Media-ya verilən məlumata görə, gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var.

Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 18-21° isti, gündüz 26-31° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunu, nisbi rütubət isə gecə 65-70 %, gündüz 40-45 % təşkil edəcək.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, gecə yağıntıların bəzi yerlərdə güclənəcəyi ehtimalı var. Axşama doğru əksər rayonlarda yağıntılar tədricən kəsiləcək. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacaq. Mülayim şərq bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 17-21° isti, gündüz 28-33° isti, dağlarda gecə 8-13° isti, gündüz 17-22°, bəzi yerlərdə 24-28° isti olacaq.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər