Menyu

Azərbaycanda gömrük rüsumundan azad edilən hüquqi şəxslərin siyahısı genişləndirilir

Operativ Media
Azərbaycanda gömrük rüsumundan azad edilən hüquqi şəxslərin siyahısı genişləndirilir

Milli Məclisin (MM) növbədənkənar sessiyasının bu gün keçirilən iclasında "Gömrük tarifi haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi I oxunuşda təsdiq edilib.

Operativ Media xəbər verir ki, sənəd Azərbaycanda gömrük rüsumundan azad edilən hüquqi şəxslərin siyahısının genişləndirilməsi nəzərdə tutulur.

Qanun layihəsinə əsasən, xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş Ələt azad iqtisadi zonasında Azad Zona hüquqi şəxsi tərəfindən tamamilə istehsal edilmiş və ya emala məruz qalma meyarlarına uyğun olaraq kifayət qədər emal olunmuş yerli mənşəli malların həcminin azı 50 %-nin ölkə hüdudlarından kənara ixracı şərtilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada Ələt azad iqtisadi zonasından əsas iqtisadiyyata gətirilməsi – malı istehsal və ya emal edən Azad Zona hüquqi şəxsinin təsis olunduğu tarixdən 15 il müddətində gömrük rüsumundan azad edilir.

Qanun gələn il yanvarın 1-dən qüvvəyə minəcək.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər